Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 01:39

Bu gün, 01:38

Bu gün, 01:36

6-05-2021, 10:28

3-05-2021, 22:45

3-05-2021, 14:25

3-05-2021, 12:51

3-05-2021, 11:01

3-05-2021, 10:04

1-05-2021, 15:26

30-04-2021, 10:02

30-04-2021, 10:00

27-04-2021, 19:51

27-04-2021, 19:48

26-04-2021, 12:11

24-04-2021, 21:50

24-04-2021, 19:00

23-04-2021, 16:55

23-04-2021, 15:54

23-04-2021, 15:52

23-04-2021, 15:46

23-04-2021, 15:01

22-04-2021, 15:34

22-04-2021, 14:44

21-04-2021, 14:39

21-04-2021, 12:40

20-04-2021, 12:44

20-04-2021, 12:42

20-04-2021, 11:02

19-04-2021, 15:50

19-04-2021, 14:20

19-04-2021, 12:33

19-04-2021, 12:22

16-04-2021, 16:42

16-04-2021, 15:54

16-04-2021, 15:16

16-04-2021, 13:21

16-04-2021, 11:44

16-04-2021, 11:43

16-04-2021, 11:34

14-04-2021, 23:00

14-04-2021, 22:55

14-04-2021, 14:34

13-04-2021, 12:25

13-04-2021, 12:18

12-04-2021, 12:15

12-04-2021, 12:11

12-04-2021, 12:09

12-04-2021, 12:07

9-04-2021, 12:44

9-04-2021, 12:13

7-04-2021, 15:08

7-04-2021, 15:06

7-04-2021, 15:05

6-04-2021, 15:32

6-04-2021, 15:09

5-04-2021, 11:47

5-04-2021, 11:44

5-04-2021, 11:43

2-04-2021, 14:09

2-04-2021, 11:49

1-04-2021, 13:02

1-04-2021, 12:51

1-04-2021, 11:31

31-03-2021, 15:15

31-03-2021, 15:13

30-03-2021, 11:00

30-03-2021, 10:54

MƏNİM QƏHRƏMANIM

Tarix: 14-12-2020 14:18   
MƏNİM QƏHRƏMANIM
Hər kəsin bir qəhrəmanı olur. Mənim Qəhrəmanım odur! Vətən kimi müqəddəs, torpaq kimi ulu, peyğəmbər kimi ədələtli - "Qarabağ" ordenli Eldəniz Namazov!
Onu tanıdığım gündən mən öz Qəhrəmanımı tapdım. Qarabağla nəfəs alır mənim qəhrəmanım. Zaman-zaman itirilmiş torpaqlarımızın hər qarışını - Arazın o tayını, Dəmir qapı Dərbəndi, Borçalını göz bəbəyi kimi sevir.
Kapitan Fərhad Əyyubov düşmənin açdığı atəş nəticəsində yaralanmışdı. Sol ayağını itirmişdi. Ağdamdan Bakıya qospitala gətirilmişdi. Var olsun doğma qazaxlılarımız. Fərhadın ziyarətinə getdik. Eldəniz də bizimlə birlikdə getməli idi. Ön xətdən gəlirdi. Görüşə bir saat qalmış çata bilməyəcəyini yazdı: “Fərhada məndən salam söylə. Deyərsən ki, sizlərin qisasını bir gün mütləq alacağıq. Söz verirəm”!
Elə insan var, tanıdıqca peşman olursan. Elə insan var ki, tanıdıqca fəxr edirsən. Qürur duyursan. Polkovnik Eldəniz Namazovu tanıdıqca Uca Allaha Şükr edirdim.
Azərbaycan ordusunun sütunlarından birinin də Eldəniz Namazov olması mənə həyat bəxş edirdi. İnanırdım ki, bu cür qəhrəman oğulları olan Vətən bir gün mütləq və mütləq qalib olacaq!
O mənə ilk söhbətimizdə ablam, deyə müraciət etdi. Mən isə ona abim dedim. Ailə üzvlərimə, dostlarıma, qohumlarıma, hər kəsə abimdən danışdım. Fəxrlə, qürurla! Artıq məni tanıyanlar Eldənizin qəhrəmanlığından söz açanda “Səbinənin abisi” deyirlər. Biz onunla eyni ruhdan doğulduq. Ruh qardaşıyıq Eldənizlə.
Eldəniz halaldır. Gözü toxdur. Təmənnasızdır! Eldəniz Göy üzünün Yer üzünə insan cildində göndərdiyi elçisidir. O, müqəddəsdir!
Vətənin sədaqətli, ordunun etibarlı əsgəridir. Əsgərlərinin dostu, sirdaşı, əzizidir abim.
Soyuq səngərdə yatdı. Şehli otlar, qollu-budaqlı ağaclar, dağlar-daşlar, şiş qayalar, sıldırımlı yollar, müqəddəs Vətən torpağı illərdir Abimin evi oldu. Orduda xidmət edənlər, onun fəaliyyətini, vətənpərvərliyini bilənlər Eldənizin kim olduğunu yaxşı bilir.
Döyüşdən öncə - sentyabrın 26-sı mənə mesaj göndərmişdi: “Ablam, salam. Necəsən? Uşaqlar necədi? Özünüzə yaxşı baxın. Sağ ol”. Narahat oldum. Onsuz da hamımız müharibə gözləyirdik. Nə olub, abim? Narahat qaldım, deyə ona cavab yazdım. “Heç nə ablam. Hər şey yaxşıdı” yazdı. O mesaj 44 gün bir an da olsun gözümün önündən getmədi.
44 gün gözüm yolda, qulağım səsdə qaldı. Abimə həftələrlə zəng çatmırdı. Zəng çatanda isə bircə bunları yazırdı: “Ablam yaxşıyam”.
Dualar edirdim. Anama da deyirdim, abim üçün dua et. Gecə-gündüz od içindədir. Anam deyirdi: “ İnşallah, Abin gələcək”.
Abimin 3 övladı var. Balaca qızının bir yaşı tamam deyil. Ömür-gün yoldaşının, 3 körpənin halını düşündükcə özümü unudurdum. Analar oğulsuz, gəlinlər yarsız, qızlar nişanlısız, balalar atasız qalmasın, deyib, ordumuz üçün gecə-gündüz dualar edirdim.
Şuşanın azad olunduğu xəbərini cənab Ali Baş Komandandan eşitdiyim an sevincdən ağlayırdım. Birdən sevinc göz yaşları içində abim yadıma düşdü. Əslində o mənim yadımdan çıxmırdı. Zəng etdim. Zəng çatmadı. Ağlaya-ağlaya səsli mesaj yazdım. Bir ay idi ondan xəbər yox idi. Həmin gün axşam mənim mesajıma cavab gəldi: “Salam. Yaxşıyam. Narahat olma. Gözümüz aydın. Şuşamız”! Ay Allah, sənə qurban olum, deyib dualar etdim. Elə bil dünyaya yenidən gəldim. Çox Şükür, abimdən mesaj gəldi.
Noyabrın 30-u idi. Zəng etdim, danışdıq. Dedi, gəlirəm Bakıya. Dedim, abim, sənə qurban olum, mənimlə görüş. Görüşdük. İllərdir həsrətini çəkdiyimiz müqəddəs Vətən torpağı kimi onu bağrıma basdım. Ətrini ciyərlərimə çəkdim. Abim Qazilərimizə, Şəhidlərimizə verdiyi sözü tutmuşdu. Qarabağdan Zəfərlə qayıtmışdı!
Abim mənə Qarabağın, Şuşanın ətrini gətirmişdi!
Səbinə Yusif


{sape_links}{sape_article}