Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
13-09-2021, 15:46

27-08-2021, 15:19

18-08-2021, 12:36

18-08-2021, 12:33

16-08-2021, 11:58

16-08-2021, 11:57

12-08-2021, 12:53

11-08-2021, 16:07

11-08-2021, 14:20

10-08-2021, 14:19

10-08-2021, 14:18

10-08-2021, 14:15

29-06-2021, 15:08

29-06-2021, 15:00

29-06-2021, 14:59

18-06-2021, 11:41

16-06-2021, 12:57

16-06-2021, 10:54

16-06-2021, 10:52

16-06-2021, 10:50

14-06-2021, 17:26

14-06-2021, 17:24

14-06-2021, 15:59

14-06-2021, 15:55

14-06-2021, 15:54

9-06-2021, 11:13

31-05-2021, 16:26

31-05-2021, 16:24

27-05-2021, 17:36

27-05-2021, 16:03

26-05-2021, 15:04

26-05-2021, 14:54

24-05-2021, 11:48

20-05-2021, 11:41

17-05-2021, 11:35

14-05-2021, 22:38

11-05-2021, 01:39

11-05-2021, 01:38

11-05-2021, 01:36

6-05-2021, 10:28

3-05-2021, 22:45

3-05-2021, 14:25

3-05-2021, 12:51

3-05-2021, 11:01

3-05-2021, 10:04

1-05-2021, 15:26

30-04-2021, 10:02

30-04-2021, 10:00

27-04-2021, 19:51

27-04-2021, 19:48

26-04-2021, 12:11

24-04-2021, 21:50

24-04-2021, 19:00

23-04-2021, 16:55

23-04-2021, 15:54

23-04-2021, 15:52

23-04-2021, 15:46

23-04-2021, 15:01

22-04-2021, 15:34

22-04-2021, 14:44

21-04-2021, 14:39

21-04-2021, 12:40

20-04-2021, 12:44

20-04-2021, 12:42

20-04-2021, 11:02

19-04-2021, 15:50

19-04-2021, 14:20

19-04-2021, 12:33

“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR

Tarix: 27-08-2021 15:19   
“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR
Mərkəzi Neftçilər Xəstəxanası - Azərbaycanın bu məşhur şəfa ocağı, onun peşəkar, qayğıkeş həkimləri, digər tibb işçiləri haqqında minnətdarlıqla çox yazılıb, çox danışılıb. Tale elə gətirdi ki, biz də buranın həqiqətən nümunəvi, qabaqcıl, müasir bir səhiyyə ocağı olduğunun bilavasitə şahidi olduq.

Avqustun əvvəllərində biz bir-iki gün fərqlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təqdimatı üzrə bu məşhur xəstəxanada müalicə olunmalı olduq. İkimiz ciddi ürək qüsuru, digərimiz isə ayaq-damar problemi ilə bağlı Xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinə təyin edilmişdik. Baxmayaraq ki, yaşadığımız rayon və şəhər poliklinikalarında, Bakının müxtəlif klinikalarında müvafiq kardioqram, anju, EXO analizləri və s. müayinələrdən keçmişdik, burda həmin tibbi nəticələrlə diqqətlə tanış olan həkimlər xəstəliyimizin “kökünü” tam dəqiqliyi ilə müəyyən etmək üçün bəzi analizlərin yenidən aparılmasını lazım bildilər. Hər birimiz yalnız tam müayinə keçdikdən sonra cərrahi əməliyyata hazırlandıq.

Ən çox diqqətimizi çəkən isə əməliyyatqabağı son anadək bütün bədən funksiyalarımızın fəaliyyətinin diqqətlə nəzarətdə saxlanılması idi. İlk gündən bütün digər xəstələrə olduğu kimi bizə də xüsusi diqqət və qayğı göstərilməsi həm həkimlərimizə inamı, həm də sağlamlıqlarımızın bərpasına ümidimizi artırırdı.

Əməliyyatqabağı və əməliyyat zamanı ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, respublikanın tanınmış həkimi, tibb elmləri namizədi, gözəl insan Hikmət Nağıyevin daim başımız üzərində olması, vəziyyətimizə hər an nəzarət etməsi hər birimizdə ona qarşı böyük rəğbət hissi oyatdı. Onun rəhbərliyi və iştirakı ilə şöbənin bacarıqlı, mahir ürək-damar cərrahları – tibb elmləri namizədi Ramil Əliyev və Mətin Hadızadə bizim üzərimizdə bir-neçə saat davam edən cərrahiyyə əməliyyatlarını yüksək peşəkarlıqla, uğurla başa vurdular. Əməliyyatlardan sonra şöbə müdiri başda olmaqla hər iki təcrübəli, səmimiyyətləri ilə xoş təsir bağışlayan, xəstələrə nikbin ruh aşılamağı bacaran gənc cərrahların gündə 4-5 dəfə, hətta gecəyarısı palataya daxil olub, vəziyyətimizlə ciddi maraqlanmaları, lazım gəldikdə yeni təyinatlar vermələri və bəzən məsuliyyətli prosedurları şəfqət bacıları ilə birgə yerinə yetirmələri bizdə həkimlərimizə böyük hörmət və rəğbət doğururdu.

Onu da xüsusilə qeyd etmək istərdik ki, əməliyyata hazırlıq zamanı anestezioloq Gülnarə xanım Şəbiyevanın bizlərdən birinin ürəyində narahatlıq doğuran parametrə görə əməliyyatı təxirə salıb, yenidən anju müayinəsi təyin etməsi də bu xəstəxana həkimlərinin hər bir xəstəyə qarşı nə qədər diqqətli və qayğıkeş olduğunu göstərir. Daha çox koordinator kimi çalışan qayğıkeş tibb işçisi Nigar xanım Rəhimzadə, gecəli-gündüzlü keşiyimizi çəkən, hər bir çağırışımıza dərhal gələrək, təzyiqimizi, hərarətimizi, ürək döyüntümüzü ölçərək, lazımi dava-dərman edən və bunları doğma bir adamına qarşı edirmiş kimi canıyananlıqla, yorulmadan, incimədən edən əsl çəfqət bacıları Könül Rzayeva, Fəxrənsə Xəlilova, Səmayə Hüseyn, soyadlarını öyrənə bilmədiyimiz Xəyalə xanım və Aynur xanım hər cür təşəkkürə, hörmətə layiqdirlər.


...Biz artıq bir-neçə gündür ki, müalicəmizi həkimlərimizin təyinatı və tövsiyələri üzrə ambulator şəraitdə davam etdirmək üçün evə buraxılmışıq. Ancaq bizim sağlamlığımızın bərpa olunması üçün gecə-gündüz, yorulmaq bilmədən çalışmış, ağır əməliyyatları yüksək peşəkarlıqla, qayğıkeşliklə başa vurmuş, bizi ailələrimizə sağ-salamat qaytarmış humanist həkimlərimiz, ustad ürək-damar cərrahları Hikmət Nağıyevə, Ramil Əliyevə və Mətin Hadızadəyə, işində çox sayıq və diqqətli olan anestezioloq Gülnarə xanım Şəbiyevaya, həmçinin 10 gün ərzində bizə doğma övlad kimi xidmət göstərmiş şəfqət bacılarının hər birinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk!

Çox sağ olun, var olun, Mərkəzi Neftçilər Xəstəxanasının qayğıkeş, mehriban kollektivi!

Bizim hər birimizin müalicəsi üçün operativ olaraq lazımi imkan yaratmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də öz dərin təşəkkürümüzü bildiririk!


Rəhman Məmmədzadə,

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri,
Respublikanın Əməkdar jurnalisti,


Mirzağa Kərimov,
Lənkəran Yuxarı Xanbulançay Su Qovşağı
İstismarı İdarəsinin mühəndisi,


Məhəmməd Sadıqov,
Sabirabad rayon Elektrik şəbəkəsinin
növbətçi energetik-mühəndisi.

“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR
“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR
“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR
“Həkimlər bizə həyatı yenidən bəxş etdilər” - Açıq ürək əməliyatından çıxan XƏSTƏLƏR