Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 01:39

Bu gün, 01:38

Bu gün, 01:36

6-05-2021, 10:28

3-05-2021, 22:45

3-05-2021, 14:25

3-05-2021, 12:51

3-05-2021, 11:01

3-05-2021, 10:04

1-05-2021, 15:26

30-04-2021, 10:02

30-04-2021, 10:00

27-04-2021, 19:51

27-04-2021, 19:48

26-04-2021, 12:11

24-04-2021, 21:50

24-04-2021, 19:00

23-04-2021, 16:55

23-04-2021, 15:54

23-04-2021, 15:52

23-04-2021, 15:46

23-04-2021, 15:01

22-04-2021, 15:34

22-04-2021, 14:44

21-04-2021, 14:39

21-04-2021, 12:40

20-04-2021, 12:44

20-04-2021, 12:42

20-04-2021, 11:02

19-04-2021, 15:50

19-04-2021, 14:20

19-04-2021, 12:33

19-04-2021, 12:22

16-04-2021, 16:42

16-04-2021, 15:54

16-04-2021, 15:16

16-04-2021, 13:21

16-04-2021, 11:44

16-04-2021, 11:43

16-04-2021, 11:34

14-04-2021, 23:00

14-04-2021, 22:55

14-04-2021, 14:34

13-04-2021, 12:25

13-04-2021, 12:18

12-04-2021, 12:15

12-04-2021, 12:11

12-04-2021, 12:09

12-04-2021, 12:07

9-04-2021, 12:44

9-04-2021, 12:13

7-04-2021, 15:08

7-04-2021, 15:06

7-04-2021, 15:05

6-04-2021, 15:32

6-04-2021, 15:09

5-04-2021, 11:47

5-04-2021, 11:44

5-04-2021, 11:43

2-04-2021, 14:09

2-04-2021, 11:49

1-04-2021, 13:02

1-04-2021, 12:51

1-04-2021, 11:31

31-03-2021, 15:15

31-03-2021, 15:13

30-03-2021, 11:00

30-03-2021, 10:54

ABŞ-İran münasibətlərinin perspektivi - Nə İran o İrandır, nə də Amerika o Amerika - Açıqlamalar

Tarix: 03-02-2021 14:04   
ABŞ-İran münasibətlərinin perspektivi
Donald Tramp administrasiyasının 2018-ci ilin may ayında 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən çıxmaq qərarı, İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alan geniş sanksiyaları, İranın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymanini qətlə yetirilməsi, İranın Amerika bazasına o vaxta qədər görünməmiş hücumu nəticəsində 100-dən çox ABŞ əsgərinin ağır yaralanması ABŞ-İran münasibətlərini müharibə astanasına kimi gətirib çıxartdı. Ağ Evin yeni rəhbəri Co Baydenin seçkilər zamanı İranla bağlı o qədər də sərt olmayan çıxışları İranla mülayim münasibətlərin qurulması, hətta nüvə sazişinin yenidən bərpa olunması ehtimalınım dünya, əsasən də İran və Amerika mediasında müzakirə edilməsinə səbəb oldu. Düzdür, ABŞ və İran prezidentlərinin qərar verməsində Senat, Pentaqon, Konqres, Ali Dini Rəhbər inistitutlarının heç də az təsiri yoxdur. Həm də, bu gün nə İran o İrandır, nə də Amerika o Amerika. Beləliklə, ABŞ-İran münasibətlərinin perspektivləri ilə bağlı ekspertlər Xeberlent.az-a öz fikirlərini bildirdilər:


Politoloq Şahin Cəfərli: Əvvəla, onu qeyd edim ki, Amerika sistemində İran məsələsinə iki baxış var. Respublikaçılar hesab edir ki, İranın bu destruktiv fəaliyyətlərinin qarşısını almaq (əsasən uran və raket proqramlarının məhv edilməsi) üçün İrana çox ciddi təzyiqlər edilməli, ağır sanksiyalar tətbiq olunmalı, hətta, ehtiyac yaranarsa, güc işlədilməlidir. Demokratların baxışı bir az fərqlidir. Onlar bu məsələnin dialoq və əməkdaşlıq çərçivəsində həll edilə biləcəyinə inanırlar. Təsadüfi deyil ki, demokrat prezident Barak Obamanın dövründə İranla bu məlum anlaşma – uran anlaşması imzalandı. Lakin respublikaçı olanTramp gəldikdən sonra ABŞ həmin müqavilədən çıxdı. İran da öz növbəsində mərhələ-mərhələ həmin müqavilədən geri çəkilməyə başladı. Yeni seçilən demokrat Cozef Baydenin isə iradəsi ABŞ-ın yenidən həmin anlaşmaya qayıtmasından ibarətdir. Demokratlar hesab edirlər ki, uranın zənginləşdirilməsi problemində Trampın sərt basqı siyasəti əks effekt verərək İranı nüvə silahını əldə etməyə daha da yaxınlaşdırıb. Bu baxımdan Amerikanın yeni administrasiyası bu məsələdə İranla dialoqa tərəfdardır və artıq qeyri-rəsmi şəkildə də olsa tərəflər arasında danışıqlar başlayıb. Bayden ötən günlərdə İran məsələsi üzrə xüsusi nümayəndə təyin etdi və bundan sonra tərəflər arasında rəsmi səviyyədə də müzakirələr başlayacaq. Əlbəttə ki, həmin müqavilənin şərtlərinə yenidən qayıtmaq elə də asan məsələ deyil, yəni, qeyd etdiyimiz kimi, İran ötən müddətdə bu anlaşmadan mərhələ-mərhələ geri çəkilib və uranı yenidən böyük miqdarda zənginləşdirməyə başlayıb. Digər tərəfdən də, Tramp dövründə Amerika İrana qarşı yeni və çox ağır sanksiyalar tətbiq edib. İndi İran tərəfinin əsas şərti ondan ibarətdir ki, yeni ABŞ höküməti əvvəlcə Tramp dövründə tətbiq olunan sanksiyaları ləğv etsin, ondan sonra biz masaya oturmağa hazırıq. ABŞ da buna isti baxmır, onlar deyirlər: Qoy əvvəlcə müzakirə başlasın; əgər müzakirənin gedişində razılaşma əldə olunar və İran tərəfi konstruktiv mövqe sərgiləyərsə, onda biz Tramp dövründəki sanksiyaları ləğv edə bilərik. Onu qeyd edim ki, söhbət hec də İrana qarşı tətbiq olunmuş bütün sanksiyaların ləğvindən getmir, çünki prezidentin aradan qaldıra bilməyəcəyi, Konqres tərəfindən tətbiq olunan sanksiyalar da var. Söhbət sadəcə Tramp dövründə prezident qərarı ilə tətbiq olunan sanksiyaların ləğvindən gedir. Hər halda, önəmli olan məqam odur ki, indi hər iki tərəf, həm ABŞ, həm İran dialoqa meyillidir. Başqa bir tərəfdən, problem təkcə İranın uran proqramı ilə bağlı deyil, eyni zamanda İranın raket proqramı da ABŞ və xüsusilə onun müttəfiqi İsraili narahat edir. ABŞ hesab edir ki, bu raket proqramı da müəyyən səviyyələrə qədər azaldılmalıdır, yəni İran İsraili vura biləcək ballistik raketlərin istehalını dayandırmalıdır. İran isə bunu, təbii ki, qəti şəkildə rədd edir və raket istehsalını özünün suveren hüququ hesab edir. Beləliklə, raket istehsalı proqramı da danışıqların gedişində gündəmə gələ bilər.

Politoloq Ramiya Mamedova: Sualınıza cavab olaraq demək istəyirəm ki, əlbəttə, bu gün, sizin dediyiniz kimi, nə Amerika o Amerikadır, nə də İran o İrandır. İslam inqilabından bəri ABŞ ilə İranın münasibətləri gərgin olub və gərgin olmaqda da davam edir. Amma hər prezident seçkisindən sonra ABŞ siyasətində müəyyən dəyisikliklər olur. Müşahidələrimiz onu göstərir ki, Demokratlarla Respublikaçılar arasında İranla bağlı siyasət də fərqlidir. Bilirik ki, hazırda ABŞ-ın Yaxın Şərqdə ehtiyat etdiyi dövlətlərdən biri də İrandır. ABŞ və İsrail İranın uranı zənginləşdirməsini, Yaxın Şərqdə və Qafqazda artan nüfuzunu özünə təhlükə kimi görür və bu hal ABŞ-İran münasibətlərində gərginlik yaradır. İranın artan nüfuzunun qarşısını almaq üçün ABŞ İrana tətbiq etdiyi sanksiyaların sayını artırır. Obama hakimiyyəti dövründə ABŞ-İran münasibətlərində sanksiyaların cüzi də olsa ləğv ediməsi, nüvənin zəngiləşdirilməsi ilə bağlı Avropa ölkələrinin də dəstəklədiyi sazişin bağlanması kimi addımlar atılıb sözügedən dövlətlər arasında xeyli yaxınlaşmasa olsa da, Tramp hakimiyyəti dövründə nəinki bu sazişdən, ümumiyyətlə İranla olan münasibətlərdən tam imtina edildi. Səbəblərdən biri kimi Trampın Yaxın Şərq layihəsində mühim yer tutan İsrailin güclənməsi məsələsi də götürülə bilər.

Tramp prezidentliyi dövründə ABŞ-ın geopolitik nüfuzunu artırmaqdan çox, iqtisadi cəhətdən güclənməsinə, xarici ölkələrdə olan ABŞ hərbçilərinin geri çağırılması, işsizliyinin azaldılması və s. bu kimi addımlar atmaqla dövləti daxildən möhkəmləndirməyə çalışdı və buna qismən də olsa nail oldu. Düşünürəm ki, Baydenin hakimiyyəti dövründə İrana münasibət – eynilə Obamanın hakimiyyəti dövründəki kimi – yumuşalmağa doğru gedəcək. Bu yaxınlarda Türkiyəyə səfər etmiş İran İslam Respublikası Xarici İslər naziri Zərif türk diplomatiya idarəsinin başçısı Çavuşoğlu ilə birgə mətbuat konfransında belə bir fikir söylədi ki, İran hər zaman digər dövlətlərlə dostluq münasibətlərində olmaq istəyir və əgər uranın zənginləşdirilməsi ilə bağlı sazişə qayıdarsa, bu, hətta ABŞ-la münasibətlərə də aid ola bilər. Burda belə bir məsələ var ki, bugünkü gündə İrana belə bu gərginlik yaramır. Bilirik ki, İran iqtisadi baxımdan pis vəziyyətdədir. Dollar bahalaşıb, rial düşüb, habelə İran blokadada olan bir ölkə olaraq iqtisadiyyatını əsasən öz daxilində dövr elətdirir.

Düzdür, ABŞ idarəçiliyində, daxili-xarici siyasətində Senatın, Pentaqonun, Konqresin təsirləri az deyil, amma buna baxmayaraq, Baydenin Trampdan fərqli olaraq İranla bağlı siyasətin yumuşaldılması üçün addımlar atacağı, Obamanın apardlığı siyasəti davam etdirəcəyi gözlənilir. Buna rəğmən, Bayden Trampdan fərqli olaraq, münaqişə zonalarında, dünyada ABŞ-ın varlığını qabarıq göstərərək geopalitik nüfuzunu gücləndirməyə çalışacaq.

Politoloq Elxan Şahinoğlu: Keçmiş prezident Donald Trampın dövründə İranın Amerikayla münasibətləri xeyli gərginləşdi. Bunun da əsas səbəbi o idi ki, Donald Tramp hakimiyyətə gələr-gəlməz – vəd etdiyi kimi – nüvə anlaşmasından çıxdığını bəyan etdi. Halbuki bu anlaşma ondan qabaq, Barak Obama vaxtında imzalanmışdı. Tramp bu anlaşmadan çıxdı və vəziyyət gərginləşdi. Ondan sonra Amerika Qasim Süleymaniyə sui-qəsd həyata keçirdi, bu da münasibətləri lap pisləşdirdi. İranda qisas əməliyyatı haqqında çox danışıldı. Düzdür, iranlılar amerikan bazalarına raket zərbələri endirdilər, amma ABŞ hərbçiləri arasında böyük itkilər olmadı. Cozef Baydenin hakimiyyətə gəlməsi ilə müəyyən qədər yumşalma proqnozlaşdıra bilərik, çünki Cozef Bayden Barak Obamanın, bir növ, müavini – vitse-prezident olub. İranla aparılan danışıqlarda o da iştirak edirdi və o da nüvə anlaşmasının tərəfdarı idi. Ona görə mümkündür ki, Bayden administrasiyası yenidən nüvə anlaşmasına geri qayıtsın. İranın da əsas istəyi bundan ibarətdir. Bu olarsa, bölgədə müharibə riski xeyli azala bilər. Çünki müharibə riski artdıqca bunun Azərbaycana da mənfı təsiri yaranar. Azərbaycan iki böyük dövlət – Amerika və İran arasında müharibə olmasını istəmir, çünki biz hümanitar böhranla üzləşə bilərik. Ona görə bu münasibətlərin nisbətən yumuşalması bizim maraqlara da cavab verir. Ola bilər danışıqlar yenidən başlasın, ancaq İranla uranın zənginləşməsi ilə bağlı sazişin imzalanması o demək deyil ki, ABŞ-İran münasibətləri normallaşacaq, çünki ABŞ İranı terrorçu təşkilatları silahlandırmaqda, Suriyaya, İraqa təsir göstərməkdə ittiham edir, bundan başqa, bölgədə İsrailin maraqları kimi həssas mövzular da var. Amerika bu siyasətindən əl çəkməyəcək və İrana qarşı sərtliyini davam etdirəcək. Bu il iyunda İranda keçiriləcək prezident seçkiləri ABŞ və bütün dünya tərəfindən diqqətlə izlənəcək. İranda, son rəy sorğularına görə, artıq generallar da siyasətdə rol oynamağa çalışırlar və hansısa generalın prezidentliyə namizədliyini verəcəyi də istisna deyil. Hətta Xarici İslər naziri Zərifin adı çəkilir. Yəni İran hakimiyyətinə mühafizəkar dairələrdən kimsə gəlsə, bu, ABŞ-İran münasibətlərinə yaxşı hec nə vəd etməyəcək. Növbəti İran prezidenti liberal dairələrdən olarsa isə, bu, gərginliyin indikindən çox olmayacağına ümid verər.

Bəhruz Salmanov


{sape_links}{sape_article}