Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 01:39

Bu gün, 01:38

Bu gün, 01:36

6-05-2021, 10:28

3-05-2021, 22:45

3-05-2021, 14:25

3-05-2021, 12:51

3-05-2021, 11:01

3-05-2021, 10:04

1-05-2021, 15:26

30-04-2021, 10:02

30-04-2021, 10:00

27-04-2021, 19:51

27-04-2021, 19:48

26-04-2021, 12:11

24-04-2021, 21:50

24-04-2021, 19:00

23-04-2021, 16:55

23-04-2021, 15:54

23-04-2021, 15:52

23-04-2021, 15:46

23-04-2021, 15:01

22-04-2021, 15:34

22-04-2021, 14:44

21-04-2021, 14:39

21-04-2021, 12:40

20-04-2021, 12:44

20-04-2021, 12:42

20-04-2021, 11:02

19-04-2021, 15:50

19-04-2021, 14:20

19-04-2021, 12:33

19-04-2021, 12:22

16-04-2021, 16:42

16-04-2021, 15:54

16-04-2021, 15:16

16-04-2021, 13:21

16-04-2021, 11:44

16-04-2021, 11:43

16-04-2021, 11:34

14-04-2021, 23:00

14-04-2021, 22:55

14-04-2021, 14:34

13-04-2021, 12:25

13-04-2021, 12:18

12-04-2021, 12:15

12-04-2021, 12:11

12-04-2021, 12:09

12-04-2021, 12:07

9-04-2021, 12:44

9-04-2021, 12:13

7-04-2021, 15:08

7-04-2021, 15:06

7-04-2021, 15:05

6-04-2021, 15:32

6-04-2021, 15:09

5-04-2021, 11:47

5-04-2021, 11:44

5-04-2021, 11:43

2-04-2021, 14:09

2-04-2021, 11:49

1-04-2021, 13:02

1-04-2021, 12:51

1-04-2021, 11:31

31-03-2021, 15:15

31-03-2021, 15:13

30-03-2021, 11:00

30-03-2021, 10:54

Bayramı qara gələnlər...

Tarix: 31-12-2020 21:01   
Bayramı qara gələnlər...
Əslində, üç sözü bir araya gətirən bu cümlə çoxları üçün sadə, bəlkə, əhəmiyyətsiz görünsə də, çox ağır cümlədir. Yaşamayan bayramın qara gəldiyinin nə olduğunu bilməz.
27 il əvvəl, 1993-cü ilin son günü idi. Bizim evə bayram hələ qara libasda gəlməmişdi. Amma nə hikmət idisə, o gün bizim evdə qaranlıq idi. Uşaq idim, saat 12-ni gözlədiyim yadımda deyil. İşıqların söndüyünü xatırlayıram. Axşam yeməyimizi, çıraq işığında yemişdik. Evdəkilərin gözündə zərrə qədər işıq, çöhrələrində bayram əhvalı yox idi. Hamı qəlbi qırıq, sınıq adam təəssüratı bağışlayırdı. O il bizə heç düşməmişdi. Dədə-baba yurdumuz işğal olunmuşdu, bütün qohum-əqrəbamız köçkün düşmüşdü. Çoxu da bizim yaşadığımız yataqxanaya sığınmalı olmuşdu. Evsizlik, didərginlik ağır şeydir. O gün bizim evdə bayram günü qaranalıq olmasının səbəbi başqa idi. Biz tərəflərdə evin çırağı sayılan evin kişisinin süfrənin başında olmaması qaranlıq gətirmişdi. Atam o gün ilk dəfə idi ki, bizi bayramda tək buraxmışdı. Ağdamda döyüşdə idi. Biz o vaxt əsgər ailəsi sayılırdıq. Yəqin ki, o gün bütün əsgərlərin evlərində bayram elə qaranlıq keçmişdi. Hətta işıqları sönməyənlərin də...
Sən demə, ilin təhvil olunduğu gün otağımıza qaranlıq çökməsi qarşıdakı bayramlarımızın qara gələcəyinin xəbərçisi imiş. Bəli... Elə də oldu. O gündən sonra bizim bayramlarımız qara gəldi. Atam şəhidlik zirvəsinə ucalsa da, bayramlarımızın qara gəlməsinə vəsilə oldu. Açıq deyim ki, bayramlarda evimizdə soyuqluğun, bikefliyin olduğunu görəndə atamı qınadığım vaxtlar olub. Niyə başqaları kimi onun da müharibədən yayınmadığını, niyə soyuq səngərdə nəm torpağın üstündə dayanmağı bayramlarda süfrəmizin başında oturmaqdan üstün tutmadığını ürəyimdən keçirmişəm. Düzdür, indi o ağır günlər arxada qaldığından, qürurla "nə yaxşı ki, atam qorxaq olmayıb, əsl kişi kimi davranıb” deyirəm. Amma bu gün o sözü demək mənə bayramın qara gəldiyinin nə olduğunu yaşamaq bahasına nəsib olub. Amma illər əvvəl acı olsa da, illər sonda qürur, şərəf duyurur...
27 il sonra bu acı xatirə niyə yadıma düşdü. Müharibədən yeni çıxmışıq.
3 min şəhidimiz var.
3 min evə bayram qara libasda gəlib.
3 min evə qaranlıq çöküb.
3 min evin adamları boynu bükülüb.
3 min evdə masanın başı boşdur.
3 min evdə isti olsa da, hər kəs üşüyür. O evləri düşünəndə sümüklərimə qədər o soyuğu hiss edir, qaranlıqda boğuluram...
31 dekabr həmrəylik günüdür. Gəlin, bu gün şəhidlərimizin ailələri ilə həmrəy, həmdərd olaq. Onlar kimi zülmətə qərq olmayaq, onları zülmətdə tək qoymayaq. Onlar ağlayanda ağlayaq, sızlayanda sızlayaq. Dərd paylaşanda azalır, o zülməti, soyuğu hiss edən biri kimi deyirəm, şəhidlərimizi tək qoymadığımız kimi, ailələrini də tək qoymayaq...
Zaur Əhməd


{sape_links}{sape_article}